Riçarlison durumundan narazıdır. Braziliya millisinin hücumçusunu “Tottenhem”də ehtiyatda qalmaq qane etmir.

Futbolinfo.az xəbər verir ki, dünən “Milan”la oyunda yenə əsas heyətə həsrət qalan Riçarlison mövsümün bərbad keçdiyini deyib: “Doğrusu, ən uğursuz mövsümümü keçirirəm. Oynamaq istəyirəm, amma istədiyim imkan yaradılmır”.

“Tottenhem” Çempionlar Liqasının 1/8 finalında “Milan”la qolsuz heç-heçə edərək mübarizəni dayandırıb. İlk oyunda 0:1 hesabıyla uduzan londonlular indi bütün gücünü Premyer Liqaya yönəltməlidir.

Riçarlison baş məşqçi Antonio Kontenin qərarlarını anlamır: “Məşqçinin qərarlarını anlamadım. Özümü yaxşı hiss edirdim. Amma Konte yenə məni ehtiyatda saxladı. Oyundan bir gün öncə əsas heyətdə yoxlanılırdım, sonra nə baş verdisə, qərarını dəyişdi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp