Tomas Müller müqavilə müddətini uzatmayacaq. “Bayern”in təcrübəli oyunçusu 2024-cü ilin yayında karyerasını bitirmək niyyətindədir.

Futbolinfo.az “Bild”ə istinadla xəbər verir ki, hücumçu bir şirkətlə anlaşıb və karyerasının son illərini lentə aldırır. O, gələn mövsümün sonunda vida edəcək və karyerası ilə bağlı film çəkdirəcək.

33 yaşlı oyunçunun müqaviləsi gələn il iyunun 30-da başa çatacaq. İndiyədək yalnız Münhün təmsilçisində oynamış Müller futbola layiqli vida etmək istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp