“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub. Bu barədə futbolinfo.az-a qapıçının özü məlumat verib.

Şahruddin hazırda fərdi məşq edir: “Martın sonuna qədər komanda ilə məşqlərə başlayacam. Amma milli komandanın Avropa çempionatının seçmə mərhələsindəki oyunlarına kimi hazır ola bilməyəcəm. Təəssüf ki, komandaya kömək etməyim mümkünsüzdür”.

Xatırladaq ki, Məhəmmədəliyev “Qarabağ”ın Türkiyədəki qış toplanışı zamanı qolunu sındırmışdı. Bu üzdən o, iki aydan çoxdur müalicə olunur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp