“Yuventus”un futbolçusu Pol Poqba intizamsız davranışına görə Avropa Liqasının 1/8 finalında “Frayburq”la görüş üçün iştirak ərizəsində yer almayıb.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi cəza olaraq “Yuventus”un heyətindən kənarlaşdırılıb.

Bu cəzaya onun ötən gün komandanın məşqinə gecikməsi səbəb olub.

Xatırladaq ki, Poqba ötən yay “Yuventus”a keçəndən sonra zədələnib və cəmi 2 matçda iştirak edib.

Bu gün keçiriləcək “Yuventus” – “Frayburq” görüşünəə Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp