Misli Premyer Liqasında XXVI turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə daha bir qarşılaşma baş tutub.

Günün sonuncu oyununda lider “Qarabağ”la çempionatın autsayderi “Səbail” üz-üzə gəlib. Ağdam təmsilçisi doğma meydanda darmadağına sevinib.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Kəpəz” – “Zirə” matçında qalib müəyyənləşməyibsə (1:1), “Sabah” “Sumqayıt”a 4:0 hesabıyla qalib gəlib. İkinci oyun gününün ilk matçı da heç-heçə bitib – “Turan Tovuz” – “Qəbələ” – 1:1. Tura sabah keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXVI tur

11 mart

“Qarabağ” – “Səbail” 3:0
Qol: E.Cəfərquliyev, 24. M.Qurbanlı, 34. J.Romao, 53.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə.
“Azersun Arena”, 18:00.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 11. Qoba Zakpa, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp