Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutacaq.

“Neftçi” səfərdə “Şamaxı”nın qonağı olacaq. “Ağ-qaralar” çempionluq yarışından qopmamaq üçün səfərdən qələbə ilə qayıtmağa məcburdur.

Turun “Kəpəz” – “Zirə” və “Turan Tovuz” – “Qəbələ” oyunları eyni hesabla (1:1) başa çatıb. “Sabah” – “Sumqayıt”ı 4, “Qarabağ” isə “Səbail”i 3 cavabsız qolla məğlub edib.

Misli Premyer Liqası
XXVI tur

12 mart

“Şamaxı” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov.
Şamaxı şəhər stadionu, 15:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp