Misli Premyer Liqasında geridə qalan 26 tur bir çox suallara aydınlıq gətirib. Çempionluq uğrunda mübarizənin taleyinin böyük ölçüdə aydınlaşdığı aşkar görünür. Rəqiblərində 9 xallıq məsafədə olan “Qarabağ” mövsümü məğlubiyyətsiz davam etdirir. Qeyri-adi nələrsə olmasa, ağdamlılar qızıl medalların taleyinə hətta vaxtından əvvəl aydınlıq gətirəcək.

“Sabah”la “Neftçi”nin ilk “üçlüy”ü tərk etməyəcəyi və avrokuboklara vəsiqə qazanacağı da aydındır. 4-cü yer uğrunda mübarizə aparan “Zirə”ylə bu komandalardan 18 xal geridədir. Hazırda əsas mübarizə sonuncu pilləni tutmamaq uğrunda gedir və autsayderlərin mübarizəsi daha maraqlıdır.

Maraqlıdır ki, turnir cədvəlindəki indiki şəkillənmə daha çox ilk iki dövrənin məhsuludur. Qışdan sonra komandaların nəticələrində bəzi fərqlər var. Fasilə dönəmindən düzgün yararlanmayanların nəticələri pisləşib. 3-cü dövrənin ilk 8 turunu əsas götürsək, “Turan Tovuz” 4-cü pilləyə layiq olyun göstərib, “Qəbələ” isə geriləməkdədir. Elmar Baxşıyevin yetirmələri hazırda 5-ci yerdədisə, buna görə ilk iki dövrədəki nəticələrə minnətdar olmalıdır. Nəinki tovuzlular, “Kəpəz”lə “Sumqayıt” da bölgə təmsilçisindən daha uğurlu çıxış edib.

2023-dəki oyunların nəticələrinə görə turnir cədvəli:

Qarabağ853016-718
Neftçi852112-317
Sabah851215-316
Turan Tovuz83149-1210
Zirə823310-109
Kəpəz82338-119
Sumqayıt83057-149
Qəbələ81529-138
Şamaxı82159-137
Səbail82156-157

7 turdur uduzmayan, 8 matçın cəmi ikisində top buraxan “Neftçi”nin yüksəlişi qeyd edilməlidir. “Qarabağ” hamıdan məhsuldar oynasa da, 2 əsas rəqibinin bigə buraxdığı topdan daha çoxunu qapısında görüb. Heç-heçəsiz “Sumqayıt”la hamıdan çox xal bölən “Qəbələ”nin durumu da ortadadır.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp