“Çelsi”nin baş məşqçisi Qrem Potter Meyson Mauntla bağlı danışıb. O, komandadakı durumundan narazı olan və yayda “Liverpul”a getmək istəyən yarımmüdafiəçinin durumunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis problemin qarşılıqlı anlaşma ilə həllini vacib sayır: “Bəzən belə şeylər olur. Problemi iki tərəfin – futbolçunun və klub rəhbərliyinin həll etməsi gərəkdir. Əsas qərar Mauntun olmalıdır. O, özü və ailəsi üçün ən doğru olan variantı seçməlidir”.

“Çelsi” yetirməsi olan futbolçu 2015-ci ildən klubdadır. 24 yaşlı oyunçu 2 dəfə başqa komandalara icarəyə verilsə də, qayıdıb və artıq 4 mövsümdür əsas heyətdə oynayır. Potterin gəlişindən sonra start heyətdə az görünən oyunçu getmək qərarı verib. Gələn ilin yayında anlaşması bitəcək oyunçu ilə “Liverpul” maraqlanır və cari mövsüm bitən kimi satış mümkündür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp