“Valensiya”nın və İspaniya yığmasının sabiq qapıçısı Santyaqo Kanisares PSJ-nin transfer siyasətini tənqid edib. O, parislilərin öz üzərlərində təzyiq yaratdığını söyləyib.

Kanisares heyətin komandanın ehtiyaclarına görə reallaşmadığını bildirib: “Bu klub futbolçuları necə oynadacaqlarını bilmədən satın alırlar. Çempionlar Liqasını qazanmaq üçün çoxlu bahalı oyunçunu transfer etməyin yetərli olduğunu düşünürlər və yanılırlar. Bu turnirdə heç vaxt uğur əldə etməyiblər və etməyəcəklər də. Çünki nizamlı iş yoxdur, transfer xatirinə transfer edirlər”.

Santyaqo bütün məsuliyyətin baş məşqçidə olduğunu deyir: “Qərarı o verməlidir. Bu komandanın Unay Emeri kimi əla baş məşqçisi var idi, zamanla işləri nizama salacaqdı, yaxşı komanda qurmaqdaydı. Amma Çempionlar Liqasında uduzan kimi onu qovdular. Rəhbərlik anlamadı ki, məşqçi gələn kimi ÇL-i qazana bilməz, uzunmüddətli nizmlı iş görmək lazımdır. PSJ-nin prezidentnin yerinə olsaydım, oyunçulara bu qədər pul xərcləməkdənsə, futbolu anlayan, başqa layihələrdə uğurlu olmuş menecer, məşqçi tapardım. Amma parislilər hər şeyi pulla almağa alışıblar, ÇL-i də çox pul xərcləməklə qazanacaqlarını düşünürlər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp