Dortmund “Borussiya”sının istedadlı futbolçusu Yussuf Mukokonun adı qalmaqalda hallanır. Sən demə, oyunçu təqdim edildiyi qədər gənc deyilmiş.

Ötən günlərdə futbolçunun ögey atası bir sənəd yayınladı. Həmin sənədə görə Mukoko 18 deyil, 22 yaşındadır və əsl soyadı da Məhəmməddir.

Bu sənədə görə futbolçu atasını məhkəməyə verib, amma Frankfurt-na-Mayn məhkəməsi iddiaları təsdiqləyib. Oyunçu özünü təmizə çıxarmaq üçün ortaya heç nə qoya bilməyib.

Kamerun əsilli almaniyalı Dortmund klubunun yetirməsidir. 3 idir əsas komandada oynayan futbolçunun “Borussiya” ilə 2026-cı ilin yayınadək müqaviləsi var. Bu qalmaqaldan sonra futbolçunun qiymətinin aşağı düşəcəyi, onun istəyən klubların sayının azalacağı gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp