“Qarabag” Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun komandaya üzv kimi qəbul edilməsi təklifinə zarafatla cavab verib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bununla bağlı Tvitter hesabında paylaşım edib. Paylaşımda qeyd edilib: “Böyük məmnuniyyətlə! Qapılarımız üzünüzə açıqdır. İstədiyiniz zaman gəlin, müqavilə şərtlərini razılaşdıraq. Bizim üçün şərəf olar”.

Qeyd edək ki, Fergus Auld Tvitterdəki hesabında səfirliyin əməkdaşlarının futbol oyununun fotolarını paylaşıb və yazıb: “Bu gün səfirliyin əməkdaşları ilə futbol oynadıq. Həm işdən ayrılan əməkdaşlarımız ilə sağollaşdıq, həm də həyatımıza idman qatdıq. “Qarabağ” Futbol Klubu, bizi üzv kimi qəbul edərsiniz?”

179112 kg1af0qkb6 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp