Pol Poqba yenə sıradan çıxdı. Yayda “Mançester Yunayted”i “Yuventus”a dəyişdikdən sonra zədə üzündən oyunlara çıxa bilməyən yarımmüdafiəçi martı da boşa verəcək.

Futbolinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçi müalicəsi bitdikdən sonra martın 1-də meydana qayıtmış, qısa müddət top qovmuşdu. Daha sonra o, klubdaxili intizam qaydalarını pozduğu üçün Avropa Liqası matçına buraxılmamışdı.

Və nəhayət, son məşqlərin birində Poqba yenidən zədələnib. Əzələ gərginliyi diaqnozu ilə hazırlıqdan kənarlaşdırılan Pol 3 həftə məşq etməyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp