“Milan” yapon futbolçu ilə güclənə bilər. İtaliya klubu payızda “Qarabağ”a qol vurmuş Ritsu Doanla maraqlanır.

Futbolinfo.az “Tuttosport”a istinadla xəbər verir ki, “rossonyerlər” “Frayburq”un 24 yaşlı cinah hücumusunu heyətə qatmağa çalışır. Yayda Yaponiya millisinin üzvünə rəsmi təklif göndəriləcək.

Transfer qiyməti 15 milyon avro olan cinah oyunçusu payızda Bakıda da olub. “Frayburq”un heyətində Avropa Liqası matçında “Qarabağ”a qarşı oynayan futbolçu bu kluba ötən yay gəlmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp