“Bayer” cinah yarımmüdafiəçisi Mussa Diabini itirəcək. İstedadlı futbolçunu bir neçə qitə nəhəngi transfer etmək istədiyindən, leverkuzenlilərin onu heyətdə saxlaması mümkünsüzdür.
Futbolinfo.az xəbər verir ki, 2019-cu ildə yetirməsi olduğu PSJ-ni tərk edərək Almaniyaya gələn 23 yaşlı oyunçunun Parisə qayıtmaq ehtimalı var. Fransa klubuyla yanaşı, “Arsenal” və “Nyukasl” da Diabini transfer etməyə çalışır.
Mali əsilli fransalının “Bayer”lə müqaviləsinin bitməsinə daha iki il var. Amma almanlar cəlbedici təkliflər qarşılığıında onu satmağın əleyhinə deyil. Bundesliqa təmsilçisi PSJ-dən 15 milyon avroya aldığı futbolçunu indi 4 qat bahasına satmaq imkanına malikdir.