Kevin De Bruyne hazırkı durumundan narazı deyil. O, özünü mübarizəyə hazır hiss edir: “Əvvəlki illərlə müqayisədə özümü fərqli hiss etmirəm. Qazanmağımız lazım gələn matçlar var. Bunun üçün yenə eyni həvəslə hazırlaşıram”.

Belçikalı “Mançester Siti”ni ən yaxşı klublardan biri sayır: “Ən yaxşı komanda olduğumuzu iddia edə bilməyəcəm. 7 il öncəki heyətlə indikini müqayisə edə bilmirəm. Amma bütün heyətlərdə olduğum üçün özümü şanslı sayıram. 100 xal yığdığımız mövsüm, 4 çempionluq – mövsümlərin, heyətlərin müqayisəsi mənasızdır. İndiki heyətlə də ən yaxşısına çalışırıq”.

Yarımmüdafiəçi Çempionlar Liqasını qazanmaq istəyini gizlətmir: “Hər il ən yaxşısını istəyirik. Burada 8 əla il keçirmişəm, böyük uğurlar qazanmışıq. ÇL-i də arzulayıram. Ümid edirəm ki, istəyimizə çatacağıq. Bugünədək bacara bilmədik, amma yaxşı mövsümlərimiz oldu, layiq olduğumuz vaxtlar var idi, bəxtimiz gətirmədi. Madrid matçı, keçməyə borclu olduğumuz “Tottenhem”… Futbolda nə qədər zamanım qalığını bilmirəm, lakin karyeramı bitirənə kimi bütün titulları qazanmaq üçün səy göstərəcəm. Heç nəyə görə peşman deyiləm, həmişə yalnız qalib gəlməyi düşündüm”.

Shares: