“Çelsi” yayda heyətini “təmizləməyi” düşünür. Baş məşqçi Qrem Potter xidmətinə ehtiyac duymadığı futbolçuların siyahısını rəhbərliyə təqdim edib.

Futbolinfo.az “The Athletic”ə istinadla xəbər verir ki, müqaviləsi bitənlər və bitmək üzrə olanlar düşərgədə saxlanmayacaq. Potter qışda transfer edənlərin ağırlıq təşkil etdiyi bir heyət qurmaq niyyətindədir.

Mənbəyə görə, London klubu heyəti kiçiltmək və büdcəyə qənaət etmək üçün məşqçinin planını dəstəkləyir. Potterin ixtiyarında olan 30-dan çox futbolçunun bəzilərinin yola salınması rəhbərliyin də ürəyincədir. Son iki transfer dönəmində oyunçu alışına yarım milyard funt-sterlinqdən çox xərcləmiş klub indi bir çox futbolçunun satışından faydalanmaq istəyir.

Potterin ilkin siyahısında Meyson Maunt, Mateo Kovaçiç, Sezar Aspilikueta, Kristian Pulişiç, Pyer-Emerik Obameyanq ve Ruben Loftus-Çikin adı var. Onların hamısı mövsüm bitən kimi yola salınacaq.

Shares: