Keniyada futbol matçı zamanı bədbəxt hadisə qeydə alınıb.

Futbolinfo.az xəbər verir ki, ölkənin şərqindəki Kissi bölgəsində həftə sonu keçirilən qarşılaşma zamanı meydana ildırım düşüb.

“Manyansi” və “Gianchore” komandalarının oyunu zamanı baş verən təbiət hadisəsi nəticəsində iki futbolçu dünyasını dəyişib. Hər komandanın bir futbolçusunu ildırım vurub. Daha iki futbolçu ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Onların müalicəsi davam etdirilir.

Shares: