İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli karyerasını başa vurub. Bu barədə 65 yaşlı mütəxəssis özü bildirib.

Futbolinfo.az xəbər verir ki, o, “Marca”ya açıqlamasında bunları deyib: “Özümü yaxşı hiss edirəm, qalan şeylər mənim üçün önəmli deyil. Bəzi təkliflər olub, amma xəyal etdiyim yeganə skamya parkda nəvələrimlə olan skamyadır. Məşqçiliyi dayandırıram. Həyatdan həzz almaq istəyirəm”.

Prandelli futbolçu kimi 1984/1985 mövsümündə “Yuventus”la Avropa kubokunu qazanıb. O, futbolçu karyerasını 1990-cı ildə “Atalanta”da başa vurub və həmin klubda məşqçi kimi fəaliyyətə başlayıb. 2010-2014-cü illərdə İtaliya millisini çalışdıran mütəxəssis, yığmanı Avro-2012-nin finalına çıxarıb. Prandellinin məşqçilik karyerasında sonuncu klubu 2021-ci ilin martında ayrıldığı “Fiorentina” olub.

Shares: