Vilfred Zaha karyerasını “Əl-İttihad”da davam etdirə bilər. Səudiyyə Ərəbistanı klubu futbolçuya illik 9 milyon funt-sterlinqlik müqavilə təklif edib.

Futbolinfo.az xəbər verir ki, “Kristal Pelas”la müqaviləsi yayda bitəcək oyunçu İngiltərədə qalmaq istəyir. Amma heç kim daha çox pul vermir. Hazırkı klubunda həftəyə 200 min funt-sterlinq maaş alan oyunçuya yeni anlaşma təklif edilməyib. Bu üzdən afrikalı 13 ildir forma geydiyi komandanı tərk etməyə hazırlaşır.

30 yaşlı oyunçu bu müddətdə bir çox klubda icarədə olsa da, yekunda “Kristal Pelas”a qayıdıb. İndi isə artıq bu klubda da ona ehtiyac duymurlar və “Əl-İttihad”ın dəvətinə müsbət cavab verəcəyi gözlənilir.

Shares: