“Qarabağ”la xeyriyyə oyunu keçirmək üçün Bakıya gələcək “Qalatasaray”ın səfər proqramı bəllidir. “Cim-Bom” martın 25-də paytaxtımızda olacaq.

Futbolinfo.az xəbər verir ki, matçın təşkili ilə bağlı hazırlıq işləri barədə hələlik heç bir rəsmi açıqlama yoxdur. Qonaq komandanın harada qalacağı, hansı stadionda məşq edəcəyi, biletlərin qiyməti bəlli deyil. “Qarabağ”ın növbəti çempionat matçından sonra ağdamlılar əməli fəaliyyətə başlayacaq.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” oyunu martın 26-sı saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Shares: