“Turan Tovuz”un hücumçusu Belajdi Pusinin futbolinfo.az saytına müsahibəsi

– “Qəbələ” ilə doğma meydanda oynasanız da, qalib gələ bilmədiniz…

– Rəqib güclü komandadır. Bizim üçün heç də asan olmayan matç idi. Həftə ərzində yaxşı hazırlaşıb qələbəyə köklənmişdik. Məqsədimiz doğma meydanda 3 xal qazanmaq idi. Amma düşünürəm ki, 1 xal da pis deyil.

– “Sabah”la matçdakı gözlənilməz qələbədən sonra qalibiyyətə həsrətsiz..

– “Sabah”a qarşı çox yaxşı oyun keçirdik. Onlara qalib gəldik və bu, onun göstəricisidir ki, liqada hər komanda üzərində qələbə qazana bilərik.

– Amma sonrakı matçlarda heç də yaxşı nəticələr olmayıb…

– Əslində, hər oyunda qalib gəlmək üçün gücümüz var. Bütün matçlara da qələbə üçün çıxırıq. Bu düşüncə ilə bundan sonra da davam edəcəyik. Çünki keyfiyyətli komandamız var.

– Düşünmürsən ki, qələbəsizlik seriyası mövsümün sonuna yaxın komandaya pis təsir edə bilər?

– Biz elə də pis vəziyyətdə deyilik. Hər gün daha çox inkişaf edirik. Mövsümün sonuna qədər daha yaxşı olmalıyıq. Turnir cədvəlində üst pillələrə də qalxa bilərik. Bunun üçün gücümüz var.

– Qarşıda “Səbail”lə oyun var. 3 tur sonra qalib gələ biləcəksiz?

– Rəqib yaxşı komandadır. Onlara qarşı səfərdə asan matç olmayacaq. Mövsümün sonuna doğru bütün matçlar çətindir. Amma biz səfərə qalibiyyət üçün yollanacağıq.

FƏRİD

Shares: