Yevlax rayonunda idarə, təşkilat və müəssisələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan futbol turniri start götürüb. Mərasim Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə komandaların təqdimatından sonra çıxış edənlər komanda üzvlərini salamlayaraq onlara uğurlar arzu edib. Mərasimin rəsmi hissəsi Dövlət Himnimizin səsləndirilməsi ilə başa çatıb və ilk turun ilk oyununa start verilib.

Turnirdə 16 komanda 4 yarımqrupda mübarizə aparır. İlk iki yeri tutan komandalar birbaşa pley-off mərhələsinə vəsiqəni təmin edirlər.

Birinciliyə mayın 9-da yekun vurulacaq. Yarışda yüksək yer tutan komandalar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

BƏHRUZ MUSAYEV, YEVLAX

Shares: