“Qarabağ” və “Qalatasaray” klubları martın 26-da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı paylaşım ediblər.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu “Facebook” hesabında “Yoldaşlıq deyil, Qardaşlıq oyunu” yazıb.
Azərbaycan çempionu qarşılaşmadan əldə olunacaq bütün gəlirlərin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini vurğulayıb.
Türkiyə təmsilçisi də “Twitter” hesabında görüşün tarixi ilə bağlı paylaşım edib. “Sarı-qırmızılar” da hazırlıq matçındakı gəlirlərin zəlzələdən əziyyət çəkmiş vətəndaşlara bağışlanacağını xatırladıb.