“Real”ın hücumçusu Eden Hazard komandanın baş məşqçisi Karlo Ançelotti ilə münasibətlərinin qaydasında olmadığını etiraf edib. 32 yaşlı belçikalı şans almamasına görə narazıdır.

Hücumçu Madriddə qalacağını dəqiqləşdirməyib: “Məni fikrimi dəyişməyə və müqaviləm başa çatana qədər “Real”da oynamamağa nə vadar edə bilər? Bilmirəm. Yalnız futbol haqqında düşünürəm. Ona görə komandadan getməyi fikirləşmirəm. Komandanın uğuruna az da olsa, töhfə versəm, azarkeşlər yenə mənə inanacaqlar. Məni komandanın bir hissəsi hesab etməməklə səhv etdiklərini özlərinə etiraf edə bilərlər. Mənə lazım olan tək şey oyun şansıdır. Ançelotti ilə aramda hörmət var. Deməyəcəyəm ki, danışırıq. Çünki danışmırıq. Amma aramızda həmişə hörmət olacaq. Növbəti matçda məni buraxmasa belə, Karlo Ançelotti kimi adama hörmət etməliyəm”.

Qeyd edək ki, Hazardın “Real” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Shares: