Adam Lallana “Brayton”da oynamağa davam edəcək. Futbolçu və klub hazırkı anlaşmanın 2024-cü ilin yayınadək uzadılmasına razılaşıb.
Futbolinfo.az xəbər verir ki, “Sauthempton” yetirməsi olan yarımmüdafiəçi azarkeşlərin yadında daha çox 6 il çıxış etdiyi “Liverpul”a görə qalıb. 2020-ci ilin yayında mersisaydlıları tərk edən 34 yaşlı oyunçu həmin vaxtdan “Brayton”dadır.
3 aydan sonra müqaviləsi bitəcək oyunçu yeni birillik müqavilə bağlamaqla məşqçi heyətinin ona güvəndiyinə əmin oldu. Çünki onun qalmasını məhz baş məşqçi Roberto De Zerbi istəyib.