Dieqo Simeone “Atletiko”da qalmağa qərar verib. Müqaviləsi 2024-cü ilin yayında başa çatacaq mütəxəssis postundan erkən ayrılmaq qərarından vaz keçib.

Futbolinfo.az xəbər verir ki, argentinalı çalışdırıcı qışda mövsüm bitən kimi komandadan ayrılacağını açıqlamışdı. Amma klub rəhbərliyi baş məşqçi ilə danışdıqdan sonra onu fikrindən daşındıra bilib. Simeone klubun ağır maliyyə durumuna görə maaşının illik 20 milyonda 16,5 milyon avroya endirilməsinə razılıq verib.

52 yaşlı mütəxəssis 2011-ci ilin dekabrından Madrid klubunun baş məşqçisidir.

Shares: