Toni Kroos karyerasını davam etdirməyə qərar verib. Alman yarımmüdafiəçi təqaüdə çıxmaq fikrini dəyişib. O, daha bir il “Real”da oynayacaq.

9 ildir Madriddə olan dayaq yarımmüdafiəçisi “Real”a “Bayern”dən gəlmişdi. O, bu yay bitən anlaşmasını uzatmayaraq butslarını birdəfəlik çıxarmağı planlayırdı. Lakin klub onu müqaviləsini daha bir mövsüm uzatmağa razı salıb.

2023/24 mövsümü bitdikdən sonra Toni futbolla vidalaşacaq. MLS-dən, ərəb klublarından xeyli dəvəti olsa da, Kroos karterasını yüksək səviyyəli klubda bitirməyə qərar verib. Bu baxımdan “Real” ideal seçimdir.

Shares: