Karlo Ançelotti “Liverpul”a qarşı növbəti oyun barədə danışıb. “Real”ın baş məşqçisi Çempionlar Liqasını cavab oyununda üz-üzə gələcəkləri İngiltərə təmsilçisindən ehtiyatlanmağı vacib sayır.

Futbolinfo.az xəbər ki, madridlilər səfərdə 5:2 hesabı ilə qalib gəlsə də, italiyalı çalışdırıcı ehtiyatlı davranmağı vacib sayır: “Futbolçularla ilk oyunu analiz etmişik. Daha çox nəyi yaxşı, nəyi pis etdiyimizi müzakirə etdik. Məncə, xüsusilə hücumda yaxşı işlərimiz oldu. Amma arxayınlaşmaq olmaz”.

Ançelotti 3 top fərqi ilə üstün olmağı yetərli saymır: “Bəli, hesabda üstünlüyümüz var, lakin diqqətli olmalıyıq. Açıq oyun olacaq və ən yaxşı hücum futbolumuzu oynamaq istəyirik. Hesab arxayın olub vaxt öldürməyəcəyik. Futbolçular bunu gözəl anlayır. Müdafiədə də diqqətli olmalıyıq. Rəqib səhvləri bağışlamadığnğ artıq sübut edib”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp