“Real” baş məşqçi postuna əsas namizədini müəyyənləşdirib. Madridlilər Raul Qonsalesin bu məsuliyyəti daşımağa hazır olduğu qənaətindədir.

Komanda La Liqada və Çempionlar Liqasında azı bir titul qazanmasa, baş məşqçi Karlo Ançelotti istefaya göndəriləcək. Onu isə klubun əvəzedici komandasının baş məşqçisi Raul Qonsales əvəz edəcək. Kifayət qədər təcrübə yığan və işində uğurlu olan keçmiş hücumçu özü də əsas komandanı çalışdırmaq niyyətini gizlətmir.

Klubun əfsanələrindən olan Rauldan öncə Zinəddin Zidan da eyni yolu keçib. Fransalı məşqçi də əvəzedici heyətlə çalışdıqdan sonra əsas komandaya gəlmiş və uğur qazanmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp