Romelu Lukakunun yeni mövsümə harada başlayacağı bilinmir. Belçikalı hücumçu hazırda “İnter”də oynasa da, müqavilə ilə “Çelsi”yə məxsusdur. Bu üzdən yayda Londona qayıtmağa məcburdur.
Futbolinfo.az xəbər verir ki, Lukaku “Çelsi”də oynamaq istəmir. İngiltərə paytaxtına uyğunlaşmağı bacarmayan forvardı baş məşqçi Qrem Potter də arzulamır. Amma tərəflərin 2026-cı ilin yayınadək müqaviləsi var. Oyunçu müqavilənin qarşılıqlı şəkildə pozulmasına razıdır, “zadəganlar” isə 2021-ci ildə məhz “İnter”dən 113 milyon avro ödəyərək aldığı forvardı satmağa niyyətlidir.
Milan klubu oyunçunu yalnız növbəti dəfə icarəyə götürə bilər. İtalıyalılar 29 yaşlı forvarda böyük pullar xərcləmək istəmir. Həm də Romelu maaş tələblərini azaltmmalıdır.