Bu gün Sərhədçi İdman Mərkəzində 16-cı turdan təxirə salınmış “Zirvə Astara” və “Gəncə” komandaları arasındakı oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, əlavə vaxta gedən oyunun sonunda “Gəncə” rəqibi üzərində 109:104 hesablı qələbə qazanaraq, turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.
Ən məhsuldar basketbolçular “Zirvə Astara”dan Derin Conson (24 xal, 4 ribaund), “Gəncə”dən isə Cared Smol (32 xal, 8 ribaund) olublar.