Yan Zommer vəd verib və yerinə yetirib. İsveçrəli qolkiper onun səhvlərini sığortalayan komanda yoldaşları üçün xərcə düşüb.

Futbolinfo.az xəbər verir ki, “Bayern”in qolkiperi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçı üçün qonaqlıq söz veribmiş. O, Fransa klubundan top buraxmayacaqları halda müdafiə oyunçularına bir maşın İsveçrə şokoladı gətirəcəyini deyib.

Parisdəki görüşdə yeganə qolla qalib gələn almanlar evdə də iki cavabsız top vura bildilər. Amma epizodların birində Zommerin kobud səhvi az qala “Bayern”ə baha başa gələcəkdi. Matis de Liqt topu boş qapıdan çıxarmaqla Yanı xilas etdi.

Zommer bu həftə vədini yerinə yetirib. O, vətənindən Münhenə 700 kq şokolad gətirib. De Liqt isə ərməğanı şəhərdəki xeyriyyə fondlarından birinə bağışlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp