Erlinq Haland Çempionlar Liqası tarixində 30 qola hamıdan tez çatmağı bacardı. Bunun üçün ona 25 oyun kifayət etdi. Norveçli bu uğura 22 yaş 236 günlüyündə çatmaqla da rekord sahibi oldu.

Haalandın bu mövsüm Çempionlar Liqasında indiyədək 10 qolu var. Bu da klub adına bir rekorddur. Dünənədək Riyad Mahrez 7 qolla bir mövsümdə (ötən il) “Mançester Siti”nin ən məhsuldar futbolçusu idi.

Erlinq 1/8 final mərhələsinin cavab oyununun əvvəlində 78 saniyəyə dubl etməklə 30 qol həddinə çatdı, hissənin sonunda isə sayı bir qədər də artırdı. Matç bitəndə artıq onun hesabında 33 qol var idi.

Norveçli penta-trik etməklə Lionel Messi və Luis Adrianonun göstəricisini təkrarladı. Dünənədək 2012-ci ildə “Bayer”i (7:1) məyus edən argentinalı (Barselona) və 2014-də BATE-ni 7:0 darmadağın edən braziliyalı (Şaxtyor) ÇL-də 1 matçda 5 qol vura bilmişdi. “Leypsiq”in 0:7 hesabı ilə uduzduğu oyunda Haland da bunu bacardı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp