Bu gün Misli Premyer Liqasında XXVII tura start veriləcək. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə lider “Qarabağ” səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.

“Zirə” isə doğma meydanda liderin əsas izləyicisi “Sabah”la qarşılaşacaq.

“Neftçi” – “Kəpəz” və “Səbail” – “Turan Tovuz” oyunları sabah, “Qəbələ” – “Şamaxı” qarşılaşması isə martın 17-də keçiriləcək.

Misli Premyer Liqası
XXVII tur
15 mart

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
“Kapital Bank Arena”, 18:00.

“Zirə” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu, 20:30.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp