“Liverpul” iki önəmli oyunçusunun xidmətindən məhrumdur. İngilislərin dayaq yarımmüdafiəçiləri – Cordan Henderson və Stefan Bayçetiç Madriddə meydana çıxmayacaq.

Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalı çərçivəsində baş tutacaq cavab matçında oynamayacağı öncədən bilinən cütlük İspaniyaya getməyib. Henderson xəstədirsə, Bayçetiç zədəsini yenicə sağaltdığı üçün heyətə daxil edilməyib.

Xatırladaq ki, “Real” səfər matçında 5:2 hesabıyla qalib gəlmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp