Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə keçirilən iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olub.
“Real” İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi “Liverpul”la bu dəfə doğma meydanda qarşılaşıb. Madrid təmsilçisi bu rəqibinə evdə də qalib gəlib.
Gecənin digər matçında isə “Napoli” İtaliyada “Ayntraxt”la üz-üzə gəlib. Neapol təmsilçisi ilk qarşılaşmada 2:0 hesablı qələbə qazanmışdı. İtaliya təmsilçisi evdə daha inamlı hesabla qələbə qazanıb.
Xatırladaq ki, daha əvvəl Almaniyanın “Bayern”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, həmçinin İtaliyanın “Milan” və “İnter” komandaları 1/4 finala vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
15 mart
“Real” (İspaniya) – “Liverpul” (İngiltərə) 1:0
Qol: Benzema, 79.
Baş hakim: Feliks Tsvayer (Almaniya).
İlk oyun – 5:2.
Madrid, “Santyaqo Bernabeu” stadionu.
“Napoli” (İtaliya) – “Ayntraxt” (Almaniya) 3:0
Qol: Osimhen, 45+2; 53. Zelinski, 64-pen.
Baş hakim: Entoni Teylor (İngiltərə).
İlk oyun – 2:0.
Neapol, “Dieqo Armando Maradona” stadionu.