Mateus Saldanya yayda “Neftçi”dən ayrılmayacaq. Braziliyalı hücumçu avrokubok matçlarında da komandaya kömək edəcək.

Futbolinfo.az xəbər verir ki, Yaponiyanın “JEF Yunayted Çiba” klubundan icarəyə götürülən futbolçunun müqaviləsi bir illikdir. Yəni Saldanyanın yayda Bakını tərk etməsi gözlənilmir.

Gəldiyi gündən vurduğu qollarla etimadı doğruldan Mateusun birdəfəlik transfer edilməsi də mümkündür. Bunun üçün hazırda məxsus olduğu kluba müəyyən miqdarda ödəniş edilməlidir. “Neftçi” isə tələsmək istəmir.

Bakılıların idman direktoru Zaur Əzizov saytımıza açıqlamasında bu barədə zamanı gələndə düşünəcəklərini deyib: “Mateusu gətirərkən avrokubokları da düşünmüşük. Bu səbəbdən onu mövsümün sonunadək deyil, 1 il müddətinə icarəyə götürdük. Danışıq aparıb, müəyyən məbləğ ödəyib futbolçunun transfer hüquqlarını almağımız mümkündür. Lakin hələ vaxtımız var. Saldanyanın qitə yarışlarında bizə nə qədər faydalı olduğunu gördükdən sonra qərarımızı verəcəyik”.

Xatırladaq ki, “Neftçi” hələ avrokuboka vəsiqəni rəsmiləşdirməyib. Amma komandanın Avropa Liqasında çıxış edəcəyi şübhə doğurmur. Əsas izləyicisindən 18 xal öndə olan bakılılar hazırda 3-cü pillədə qərarlaşıb, eyni zamanda ölkə kubokunun yarımfinalındadır.

saldanya neftci 780x470 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp