“Real” bu gün yubiley matçına çıxacaq. Madrid klub Çempionlar Liqası tarixində 300-cü oyunu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, bu göstəricidə lider olan “Real” indiyədək baş tutan qarşılaşmaların 179-da qalib gəlib, 65 dəfə məğlub olub, 55 heç-heçə edib (Burada Çempionlar Kubokunun statistikası nəzərə alınmır).
100-cü və 250-ci yubiley oyunlarında “Real”a rəqib olan “Bayern” həm də madridlilərin ən çox qarşılaşdığı komandadır. “Blankos” turnirdə ilk matçını 1995-ci ildə “Ayaks”a qarşı keçirmişdi.
“Kral klubu”nun bu müddətdə vurduğu 635 qoldan 105-ə imza atan Krişrianu Ronaldodur. 150 matça çıxan İker Kasilyas həm də nə çox qələbə görən (88) futbolçudur. Bu müddətdə ən çox qələbə faizi baş məşqçi Karlo Ançelottiyə (73%) məxsusdur.
Xatırladaq ki, “Real” bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Liverpul”u qəbul edəcək. İngiltərədəki ilk oyunda ispanlar 5:2 hesabı ilə qalib gəlib.