“Napoli” Stanislav Lobotka ilə yeni müqavilə bağlayıb. İtaliya çempionu olacağı şübhə doğurmayan komanda beləcə əsas heyətin qorunması üçün önəmli addım atıb.

Futbolinfo.az xəbər verir ki, neapolluların mühərriki sayılan slovakiyalı ilə anlaşma 2027-ci ilin yayına kimi uzadılıb. Onun əvvəlki müqaviləsi bir ildən sonra başa çatırdı. Dayaq yarımmüdafiəçisi ilə 2,8 milyon avro maaş alacaq (+0,5 milyon avro bonus). Müqavilənin daha bir il uzadılması da mümkündür.

28 yaşlı oyunçu “Napoli”yə 2020-ci ilin yanvarında “Selta”dan gəlmişdi. İtaliya klubu Lobotkanın transferi üçün 21 milyon avro xərcləmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp