“Ayaks” Aksel Dongenə yeni müqavilə təklif edib. Amsterdamlılar 18 yaşlı istedadlı vingerə böyük ümidlər bəsləyir və onu uzun illər heyətində saxlamağa çalışır.

Futbolinfo.az xəbər verir ki, klubun yetirməsi olan surinam əsilli futbolçu ilə mövcud müqavilə bu yay başa çatacaq. “Ayaks” onu itirməmək üçün 4 illik yeni anlaşma təklif edib.

Futbolçunun nümayəndələri hələ cavab verməsə də, razılaşacaqları şübhə doğurmur. Onlar təklif edilən maaşdan məmnun olmasalar da, Amsterdam klubunun iddialı klublara keçid üçün ən yaxşı tramplin olacağını bilirlər. Hazırda anlaşmanın bəzi detalları müzakirə olunur. Akseli istəyən başqa klublar da var. Bu səbəbdən “Ayaks” çətinliklə üzləşə bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp