“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXVII turunun “Sumqayıt”la görüşündən sonra maraqlı məqama diqqət çəkib. O, martın 26-da “Qalatasaray”a qarşı oyun üçün heç kimə bilet verməyəcəyini bildirib.

Futbolinfo.az xəbər verir ki, çalışdırıcı oyunun xeyriyyə məqsədi daşıdığını, toplanan vəsaitin Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini nəzərə çatdırıb və heç kimə bilet hədiyyə etməyəcəyini dilə gətirib: “Pulsuz bilet istəyənlər olacaq. Amma heç kimə bilet verməyəcəm. Bu görüşün məqsədi bəllidir. Özləri başa düşürlər. Zarafat olaraq bir-iki dost demişdi. Gülə-gülə olsa da, fikrimi onlara bildirdim. Məqsədimiz odur ki, bacardığımız yardımı edək. İnsanların buna ehtiyacı var. Türkiyəyə gedəndə evimiz kimi gedir, orada rahat oluruq. Məqsədimiz bəllidir. Bununla bağlı mənə müraciət edəcəklərini düşünmürəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp