“Sumqayıt”ın iki futbolçusu – Stiven Pereyra və Aydın Bayramov dalaşıb. Onlar bu gün “Qarabağ”a 0:6 hesabı ilə uduzduqları matçdan sonra mübahisə edib.
Futbolinfo.az xəbər verir ki, matçın ilk yarısında legioner futbolçu komanda yoldaşına kəskin etiraz etmişdi. Niderlandlı epizodların birində topa çıxmayan qapıçıya iradını yüksək səslə çatdırmış, rəqib futbolçunun həmləsinə vaxtında reaksiya verməməsini tənqid etmişdi. Həmin anda iki oyunçu arasındakı anlaşılmazlıq topun Musa Qurbanlıya düşməsinə səbəb olmuş, amma “Qarabağ”ın futbolçusu qol vura bilməmişdi.
Matçdan sonra oyunçular həmin ana görə mübahisə ediblər. Halbuki komanda daxilində ab-hava onsuz da yaxşı deyil, futbolçular arasında birlik yoxdur, onlar yardımlaşmaq əvəzinə bir-birini ittiham etməyə tələsir.
Xatırladaq ki, bir müddət öncə “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Aydın Bayramovdan narazılığını mətbuat konfransında çatdırmış, onun bəsit səhvlərinin sıralandığını demişdi. Bu gün isə ilk yarıdakı səhvlərinə məşqçi məhz “etirazçı” Pereyranı fasilədə əvəzlədi.