İspaniya mətbuatında “Real”ın baş məşqçi postuna namizədlərin yeni siyahısı açıqlanıb. Yayda Karlo Ançelotti ilə vidalaşacağı gözlənilən madridlilərin 4 namizəddən birinə üstünlük verəcəyi yazılır.
Futbolinfo.az xəbər verir ki, namizədlər siyahısına payızda “Çelsi”dən qovulan alman Tomas Tuhel başçılıq edir. Bir il öncə PSJ-dən ayrılandan bəri işsiz olan argentinalı Mauritsio Poçettinonun da şansı yüksək qiymətləndirilir.
Digər iki namizəd “Real”ın sabiq futbolçuları olan ispanlardır. Hazırda “Bayer”i çalışdıran Xabi Alonso və “Kral klubu”nun əvəzedicilərini çalışdıran Raul Qonsales də mövsümün bitməsini gözləyir.
“Real” rəhbərliyinin kimə üstünlük verəcəyi bəlli deyil. Amma italiyalı mütəxəssis La Liqada və ya Çempionlar Liqasında qalib olsa, bu siyahı heç kimə lazım olmayacaq, Ançelottiylə yola davam ediləcək.