“Kəpəz”in yarımmüdafiəçisi Giorgi Kantariya hakimlərdən şikayətçidi. Gürcü futbolçu futbolinfo.az saytına alıqlamasında onlara qarşı qəribə qərarların olduğunu deyib.

Gəncə klubunun üzvü 26-cı turda “Zirə”yə qarşı ev oyununda qapılarına təyin edilən penaltiyə görə narazıdır: “82-ci dəqiqədəki epizodun təkrarına da baxdıqda açıq-aşkar görünür ki, zərbə zamanı hücum edən oyunçuya toxunmadım. Yəni, cərimə ilə heç bir əlaqəm yox idi”.

Kantariya baş məşqçi Tərlan Əhmədovun hakimlərin onlara qarşı ədalətli olmaması barədə fikirlərinə şərikdir: “Bəli, bizə qarşı suallar doğuran bir çox mübahisəli məqamlar oldu. Təəssüf ki, bu hal tez-tez təkrarlanır və çoxları bunu hiss edir”.

Shares: