İtaliya A Seriyasında çempionluğa doğru inama irəliləyən “Napoli” qitə səhnəsində də dayanmır. Neapol təmsilçisi Luçiano Spalettinin başçılığı altında tarixi uğura imza atıb.

Futbolinfo.az xəbər verir ki, “Napoli” ilk dəfə Çempionlar Liqasında 8 ən güclü klub sırasına çıxmağı bacarıb. “Ayntraxt”ı səfərdə 2, evdə 3 cavabsız qolla yenən komanda indiyədək ÇL-də ¼ final görməmişdi.

Neapol təmsilçisi bu uğuru ilə İtaliyaya da töhfəsini verdi. Belə ki, 2005/2006 mövsümündən bəri ilk dəfə sözügedən ölkənin 3 komandası ¼ finalın püşkünü gözləyir.

Milan klubları ilə yanaşı bu hüququ qazanan “Napoli” İtaliyanın digər ölkələrdən önə çıxmasına yardım etdi. Hazırda bu yarışda mübarizəni davam etdirən digər 5 klubdan ikisi İngiltərəni, hərəyə bir nümayəndə olmaqla İspaniya, Almaniya və Portuqaliyanı təmsil edir.

Shares: