“Ayntraxt” Randal Kolo-Muanini satacaq. Almaniya klubu hücumçusuna görə gələn cəlbedici təkliflərin qarşısında davam gətirmək gücündə deyil.

Futbolinfo.az “Bild”ə istinadla xəbər verir ki, frankfurtlular tələbatın belə böyük olmasını fürsətə çevirəcək. Bundesliqa təmsilçisi fansalı hücumçunu maksimum baha qiymətə satmağa çalışır.

Hazırda 24 yaşlı Randalın iki əsas müştərisi var. Amma PSJ ilə müqayisdə “Mançester Yunayted” daha israrlı görünür. İngltərə klubu Fransa yığmasının üzvü üçün 120 milyon avro təklif etməyə hazırlaşır.

“Ayntraxt”la 2027-ci ilin yayına kimi müqaviləsi olan Kolo-Muani ötən yay “Nant”dan gəlib. Onu azad agent kimi heyətinə qatan almanlar doğru seçim sayəsində maliyyə durumunu kifayət qədər yaxşılaşdıracaq. Həm Bundesliqada, həm də avrokubokda özünü yaxşı tərəfdən göstərən oyunçunun uzunmüddətli müqaviləyə malik olması da onu istəyənlərin daha çox xərcə düşməsinə əsas səbəbdir.

Shares: