Canni İnfantino yenidən FIFA prezidenti seçilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü Konqresdə isveçrəli futbol funksionerinin növbəti dörd il üçün prezidentliyi təsdiqlənib. O, 2027-ci ilədək postunda qalacaq.

Xatırladaq ki, Canni İnfantino 2016-cı ildən FIFA prezidentidir.

Shares: