“Qarabağ”la “Qalatasaray” arasında baş tutacaq xeyriyyə matçının biletləri bu gün satışa çıxarılıb.
Futbolinfo.az xəbər verir ki, oyuna böyük maraq var.
Ağdam klubundan verilən məlumata görə, bu gün artıq 25 min bilet satılıb.
Xatırladaq ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Iticket.az-ın satış məntəqələri;
“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.
Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.