Çempionlar Liqasında cari mövsüm İtaliya üçün əlamətdarıdır. Bu ölkənin təmsilçiləri 2005/06 mövsümündən bəri ilk dəfə ¼ finalda 3 klubla təmsil olunur.

Daha bir uğurlu statistik məşqçilərlə bağlıdır. Belə ki, qitənin ən nüfuzlu klub turnirinin tarixində ilk dəfə növbəti mərhələyə vəsiqə qazanan 8 klubdan tam yarısına italiyalılar rəhbərlik edir.

¼ finala vəsiqə əldə edən A seriyası təmsilçilərini, eləcə də “Real”ı buraya italiyalılar gətirib. Simone İnzaqi (İnter), Stefano Pioli (Milan), Luçiano Spaletti (Napoli) və Karlo Ançelotti (Real) yarışın qalibi olmaq üçün çalışır.

Shares: