Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir oyun baş tutub.

Bakı İdman Sarayında keçirilən matçda “Record” U-17 üzərində qələbə qazanıb.

İkinci oyun günündə daha dörd qarşılaşma baş tutub. Yekunda U-19, “Baku Fire”, “Şamaxı” və “Rəvan” komandaları 1/4 finala vəsiqə qazanıblar.

1/8 final mərhələsinə bu gün keçirilən 3 oyunla yekun vurulub. Ən böyük sürpriz çempionatın lideri “Araz Naxçıvan”ın ADBTİA ilə oyunda uduzaraq mübarizəni dayandırması olub. Günün digər qalibləri “Neftçi” İK və MUM olub.

Azərbaycan kuboku
1/8 final

15 mart

Record – U-17 5:1
Hakimlər: Şakir Quliyev, Məmmədəli Kərimov, Ziya Nəsirov
Hakim-inspektor: Füzuli Nəcəfov

16 mart

Alyans – U-19 3:11
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, İmran Məhərrəmov
Hakim-inspektor: Azad Hüseynov

Baku Fire – Dalğa 15:2
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Ceyhun Hüseynov
Hakim-inspektor: Ramiz Əsədov

Şamaxı – Flaqman 10:5
Hakimlər: Hacıəli Ağayev, Mahir Məmmədov, Rza Məmmədov
Hakim-inspektor: Elçin Səmədli

Baku Fire-3 – Rəvan 5:10
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Ceyhun Hüseynov
Hakim-inspektor: Mehman Mahmudov

17 mart

ADBTİA – Araz Naxçıvan 9:8
Hakimlər: Hikmət Qafarlı, Elgün Hüseynov, Kənan Məlikov
Hakim-inspektor: Azad Hüseynov

Neftçi İK – Advokat 9:4
Hakimlər: Xəlil Xəlilov, Nahid Xasıyev, Əli Cəbrayılov
Hakim-inspektor: Mehman Mahmudov

Baku Fire-2 – MUM 3:5
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Kənan Məlikov
Hakim-inspektor: Murad Məmmədov

Beləliklə, 1/4 finalda bu komandalar üz-üzə gələcəklər:

ADBTİA – Rəvan
MUM – U-19
Baku Fire – Record
Şamaxı – Neftçi İK

Shares: